ABŞ Ədliyyə Nazirliyi Harvard universitetinə qarşı addımlar atıb.
ÇıxışYolu.Com “Buzzfeed News” saytına istinadən xəbər verir ki, buna səbəb universitetdə təshil almaq üçün sənəd verən Asiya əsilli amerikalılara qarşı ayrı-seçkilikdir.
Ədliyyə Nazirliyi bununla əlaqədar məhkəməyə müvafiq sənədləri təqdim edib. Nazirlikdə hesab edirlər ki, Harvard ABŞ Ali Məhkəməsinin tələblərini pozub. Harvard universiteti isə bu ittihamları qəbul etmir.