9b2ad6d7-c7a4-45cc-af2a-f8a094a2bf44..jpg

Hava limanına gedənlərin NƏZƏRİNƏ: Avtobusların hərəkət qrafiki DƏYİŞDİ

Baxış sayı: 457 dəfə baxılıb.

Hava limanına gedənlərin NƏZƏRİNƏ: Avtobusların hərəkət qrafiki DƏYİŞDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BakuBus” MMC Heydər Əliyev Beynəlxalq Hava Limanına hərəkət edən ekspres
avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.

Bu barədə “BakuBus” MMC məlumat yayıb.

Bildirilib ki, “Hava limanı – metronun “Koroğlu” stansiyası – metronun “28
may” stansiyası” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın
1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər
fəaliyyət göstərməyə başlayıb.

İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a
qədər xidmət göstərirdi.

Source link