Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib – VİDEO
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosu
xəbərdarlıq yayıb.
Bürodan verilən məlumata görə, yanvarın 2-si axşamdan 3-ü günün ikinci
yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 4-də isə
cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək,
04-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə intensiv olacağı ehtimalı var. Ayın 2-4-də qərb küləyi arabir 15-20
m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.