Hava şəraitinə görə Azərbaycan kubokunun matçları əvvələ çəkildi

Baxış sayı: 2. 159 dəfə baxılıb.

Hava şəraitinə görə Azərbaycan kubokunun matçları əvvələ çəkildi

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Ağsu” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Qaradağ Lökbatan” – “Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilib. 

ÇıxışYolu.Com xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi, 14:00-da deyil, yarım saat tez başlanacaq. 

PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq, bu addımı atıb. Mərhələnin “Şüvəlan” – “Keşlə” matçının başlanma vaxtı isə 17:00 olaraq saxlanılıb. 

Qeyd edək ki, 1/8 final mərhələsinin bir oyundan ibarət olan matçları sabah keçiriləcək.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com