Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Baxış sayı: 3. 611 dəfə baxılıb.

Hava şəraitinin sabitləşəcəyi vaxt açıqlandı

Oktyabrın 8-dən respublika ərazisində havanın temperaturu sabitləşəcək.

Bunu ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyininin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.


Onun sözlərinə görə, oktyabrın 8-i və 9-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, mülayim keçəcəyi gözlənilir:

“Havanın temperaturu bu günlə müqayisədə tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında maksimal temperatur 25 dərəcəyə yaxın olacaq. Paytaxtda mülayim cənub istiqamətli külək əsəcək”.

Umayra Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 8-i və 9-da yağıntı gözlənilmir.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com