36db7dad-73af-4b27-b766-7522c1233802..jpg

Hava soyudu, təzyiq düşdü: Qazın qiyməti artacaq? – AÇIQLAMA + FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Hava soyudu, təzyiq düşdü: Qazın qiyməti artacaq? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik
sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər.
Havaların soyuması təbii qaza olan tələbatı daha da artırır, eyni zamanda,
qazın təzyiqinin müxtəlif ərazilərdə aşağı olduğu bildirilir. Bununla yanaşı,
qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil.

Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin
qənaətbəxş olmaması nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisiEldəniz Vəliyev payız-qış mövsümünə
hazırlığın may ayından başlanıldığını söyləyib:

“Hər il hazırlıq işinə may ayından başlayırıq. Bu görülən tədbirlər konkret
olaraq soyuq aylarda abonentlərə təhlükəsizlik şəraitində və davamlı olaraq
qazın verilməsinin təmininə xidmət edir. Hazırlıq istənilən xidmətlər üzərində
aparılır. Korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeraltı
boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və avadanlıqların
yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi – bunların hər
birinə nəzarət olunur”.

E.Vəliyev qeyd edib ki, ötən illərə nisbətən bu il qışa daha hazırlıqlıdırlar:

“Qış mövsümü elan olundu. Bundan iyirmi gün öncə qışa tam hazır olduğumuzu
elan etdik. Qışa uyğun olaraq qazın təzyiqinin tənzimlənməsi başlanıldı. 2
milyon 500 min abonent qazla təmin olunur.

Müəyyən ərazilərdə adekvat olmayan təzyiq müşahidə oluna bilər. Bu o demək
deyil ki, belə də qalacaq. Xeyr. Əməkdaşlarımızın vasitəsilə həmin ərazilərə
nəzarət edirik. Hansı ərazilərdə təzyiqlə bağlı qış mövsümünə adekvat olmayan
təzyiq müşahidə olunursa, dərhal müdaxilə edirik. Normallaşdırırıq. Təzyiqlə
bağlı problemin keçid dövrü qısa olacaq. Böyük bir mənada təzyiq problemi
yaşanmır. Lokal ola bilər. Güman edirəm ki, çox ciddi şəkildə abonentlərimiz
problem yaşamayacaqlar”.

“Qazın qiymətində artım olacağı ilə bağlı məsələ yoxdur. Gündəmdə deyil. Yəni
hələ bu məsələ müzakirə mövzusu deyil”, – deyə E.Vəliyev əlavə edib.

Nəzrin Vahid

Source link