ef2bf9c0-c7a3-4ed6-bb49-229930388bb8..jpg

HAVA XƏBƏRDARLIĞI: Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq – YENİLƏNİB

Baxış sayı: 401 dəfə baxılıb.

HAVA XƏBƏRDARLIĞI: Qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və
səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 24-25-də
Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2
dərəcəyədək şaxta olacağı gözlənilir.

Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar
yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də
gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı
ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin
davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki,
Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı
ehtimalı var.

Havanın temperaturu aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə
şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 5-10
dərəcə şaxta olacaq.

Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün
məhdudlaşacağı, yanvar ayının 24-25-də gecə və səhər bəzi yolların buz
bağlayacağı ehtimalı var.

12:32

Ölkə ərazisində yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron
yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər
yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən
kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti
olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi
rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman
olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3
dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta
olacaq.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Source link