f80767cf-95fe-4f21-87d3-97468b6551d2..jpg

Havada toz müşahidə olunur

Baxış sayı: 474 dəfə baxılıb.

Havada toz müşahidə olunur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün günün ikinci
yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti
müşahidə olunur.

Cixisyolu.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi
Leyla Mədətova bildirib ki, hazırda havada tozun miqdarı normadan 1,2 dəfə
artıqdır.

Peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub istiqamətli
küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz
dumanıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Source link