Havanı kim çirkləndirir? - İDDİALARA CAVAB

Havanı kim çirkləndirir? – İDDİALARA CAVAB

Baxış sayı: 698 dəfə baxılıb.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, nazirliyin araşdırma komissiyasının üzvü Mirsalam Qəmbərov qoxunun şəhərin müvafiq nöqtələrində dörd yerdə daha kəskin şəkildə yayıldığını deyib.

O bildirib ki, həmin nöqtələr bilavasitə Neft Emalı Zavodu və onun əhatə dairəsinə aid olan yerlərdir:

“Bakıdakı kəskin qoxunun əsas səbəbi Neft Emalı Zavodundakı zərərli tullantıların həddindən çox havaya buraxılmasıdır.

Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu, atmosfer havası üçün zərərlidir. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olmasına bütün lazımi tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır.

Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi Qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq.

Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır. Biz artıq bununla bağlı işə başlamışıq. Zavoda xəbərdarlıq edilib. Artıq onlar reqlamentə uyğun işlərə başlamalıdılar”.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun adının açıqlanmasının istəməyən nümayəndəsi ÇıxışYolu.Com-a açıqlamasında bildirib ki, hazırda nazirlik tərəfindən araşdırma başlanılıb.

Bildirilib ki, dəqiq araşdırılma aparılmadan və yekun nəticə məlum olmadan Neft Emalı Zavodunun günahkar kimi qələmə verilməsi düzgün deyil:

“Sözügedən məsələ haqda dəqiq məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ümumi rəyi gəldikdən sonra məlum olacaq. Araşdırılmamış sizə nə deyə bilərik?! Həmin qoxunun Neft Emalı Zavodundan qaynaqlanıb-qaynaqlanmadığı barədə fikir bildirilməsi komissiyanın rəyi olmadan düzgün deyil. Komissiya proseslə əlaqədar işlər görür.

Bu məsələ bizə də vətəndaş olaraq müəmmalıdır. Yekun nəticə olduqda, bu haqda həm mətbuata, həm də ictimaiyyətə açıqlama veriləcək.

Hər kəs çox şey deyə bilər. Amma söz hər şey demək deyil. Gərək sözün arxasında təsdiqedici nəsə olsun”.

.
www.ÇıxışYolu.Com