a7fa60b7-e98a-4208-8795-2f08da54c688..jpg

Havanın soyuq olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 736 dəfə baxılıb.

Havanın soyuq olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda etiraz aksiyası
davam edir – YENİLƏNİB + FOTO/VİDEO

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam
edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc
aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan
vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, rus
dilində isə “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını
səsləndirirlər.

Hazırda ekofəalların, eləcə də gənc könüllülərin əhval-ruhiyyələri yüksəkdir.

Onu da bildirək ki, bu gün ərzində indiyədək Xankəndi-Laçın yolundan Rusiya
sülhməramlılarına məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait
yaradılıb.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 22 gündür davam
edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

15:19

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir
təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib.

Bununla da bu gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına
məxsus avtomobillərin sayı altıya çatıb.

14:22

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki
minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün ərzində indiyədək aksiya ərazisindən keçən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı beşə çatıb.

13:21

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir
təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobil Laçından Xankəndi istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına
məxsus avtomobillərin sayı üçə çatıb.

11:20

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 minik
avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

09:28

Xankəndi-Laçın yolunda təşkil olunan aksiya vətənpərvərlik əzmində davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə
aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar
səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam
etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik
qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına
qarşı təşkil olunan aksiya artıq 22 gündür davam edir.


Source link