Havay adasında Kilauea vulkanının püskürməsi nəticəsində 117 ev dağılıb.
ÇıxışYolu.Com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət almasına səbəb olub.
Adada ən yüksək səviyyəli həyəcan siqnalı elan edilib. Yaxınlıqdakı yaşayış məntəqələrindən minlərlə insan təxliyə edilib.
Qeyd edək ki, Kilauea vulkanı mayın 3-dən püskürməyə başlayıb. Bundan sonra adada 6,9 bal gücündə zəlzələ baş verib.