HƏMAS heyəti İsrail ilə danışıqlar üçün Qahirəyə gedəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qəzza zolağında vəziyyətin nizamlanması, ilk növbədə atəşkəs və İsrail
həbsxanalarındakı girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələləri
üzrə danışıqlar aprelin 7-də Misirin paytaxtı Qahirədə keçiriləcək.
Mənbə bu barədə yüksəkvəzifəli misirli məmura istinadən xəbər verib.
O, həmçinin bildirib ki, danışıqlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin
direktoru Uilyam Börns, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd
bin Abdel Rəhman Əl Tani, eləcə də İsrail nümayəndə heyəti iştirak edəcəklər.
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın da Qahirəyə
gələcəyi bildirilir.
Bir müddət əvvəl Fələstinin HƏMAS hərəkatı nümayəndələrini Qəzza sektorunda
atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə getdiyini açıqlamışdı.
Mənbə: Alqaheranews.net