08c88b75-4920-4485-b95c-f9e26d290dfb..jpg

HƏMAS-ın İsrailə hücum planını iki il gizlədə bilməsinin sirri açıldı – FOTO

Baxış sayı: 573 dəfə baxılıb.

HƏMAS-ın İsrailə hücum planını iki il gizlədə bilməsinin sirri açıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstinin radikal HƏMAS hərəkatının İsrailə hücum hazırlayan yaraqlıları
planlarını İsrail kəşfiyyatından gizlətmək üçün iki il ərzində Qəzza
zolağındakı tunellərdə çəkilən kabelli sabit telefonlardan istifadə edərək
əlaqə saxlayıblar.

Bu barədə ABŞ kəşfiyyatından olan mənbə bildirib.

Məlumata görə, HƏMAS üzvləri əməliyyata hazırlaşarkən köhnə tərzdə
əks-kəşfiyyat tədbirlərinə əl atıblar və bu müddət ərzində ünsiyyət üçün
kompüter, yaxud mobil telefondan istifadə etməməyə çalışıblar.

Qeyd edək ki, Qəzza zolağında məhəllələrin və evlərin altındakı tunellər HƏMAS
üçün sığınacaq, həmçinin anbar kimi istifadə olunur. Tunellərin ümumi
uzunluğunun 500 km olduğu düşünülür. İsrail ordusu bu yeraltı labirinti “Qəzza
metrosu” adlandırır. Tunellərdə raketlər və döyüş sursatları saxlanılır. İsrail
Müdafiə Ordusu (SAXAL) orada HƏMAS-ın mühüm komanda məntəqələrinin yerləşdiyinə
inanır.

Mənbə: CNN

Source link