11a71a98-13de-4b40-abcb-bc1ee8ca6094..jpg

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 400-ü ötüb – YENİLƏNİB

Baxış sayı: 467 dəfə baxılıb.

HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 400-ü ötüb – YENİLƏNİB

Oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının Qəzza
zolağından İsrailə hücumundan sonra həlak olan israillilərin sayı 400-ü ötüb,
2000-dən çox insan yaralanıb.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

09:17

HƏMAS-ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində ölənlərin sayı
artıb.

İsrail ərazisinə atılan 3 mindən çox raket 300 nəfərin ölümünə, 1 500 yerli
sakinin xəsarət almasına səbəb olub.

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza
zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu
bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.

Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının
birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv
edildiyini açıqlayıb.

Source link