5abfdd81-8a65-4a83-96ea-0c05cc4eb368.webp

HƏMAS-ın Livandakı rəhbəri ailə üzvləri ilə birlikdə öldürüldü

Baxış sayı: 322 dəfə baxılıb.

HƏMAS hərəkatının Livanda yerləşən qərargahının rəhbəri Fəth Şərif Əbu əl-Əmin
İsrailin endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Cixisyolu.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının “Telegram” kanalında
yerləşdirilən məlumatda qeyd olunur.

Bildirilir ki, hava zərbəsi Fəth Şərif Əbu əl-Əminin Livanın Sur şəhərində
yaşadığı evə endirilib. Onunla birlikdə evdə həyat yoldaşı, oğlu və qızı olub.
Ailə üzvlərinin hamısı həlak olub.

Source link