HƏMAS İraqdakı ABŞ hərbi bazasına PUA ilə hücum etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin İraqın qərbindəki hərbi bazasına PUA hücumu olub.
PUA ABŞ-nin Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasını vurub. Hücuma görə
məsuliyyəti HƏMAS-ın İraqdakı qolu öz üzərinə götürüb.
Dağıntı və insan ölümü barəsində məlumat verilmir.
Xatırladaq ki, oktyabrın 22-də Ayn əl-Əsəd hərbi bazası “İraq İslami
Müqavimət” hərəkatı tərəfindən raket hücuma məruz qalıb. Oktyabrın 19-20-də
bazaya PUA zərbələri endirilib.
Mənbə: MK.ru