HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb
İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı, briqada generalı
Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb.
Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında
komandan olub.
Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın
evi Fələstinlə sərhəddə yerləşir.
Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail
nümayəndələri arasında danışıqlar gedir.
Mənbə: “Hamshahri”