202b8997-79a5-489c-8fd6-791174721cdd..jpg

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb

Baxış sayı: 423 dəfə baxılıb.

HƏMAS liderinin bacısı İsraildə saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin cənubundakı Tel Şeva bədəvi qəsəbəsində aprelin 1-nə keçən gecə
Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin
bacısı (adı açıqlanmır) saxlanılıb.

O, terror təşkilatı ilə əlaqədə olmaqda və terrorizmə təhrik etməkdə şübhəli
bilinir.

İsmayıl Haniyənin 57 yaşlı bacısının tutulması üçün keçirilən əməliyyat “Sübh
tezdən” kod adı alıb. Onun evinə baxış zamanı sənədlər, mobil telefonlar, şekel
və xarici valyutalar şəklində külli miqdarda vəsait aşkar edilib. Qadın
sorğu-sual üçün Negevdəki mərkəzi polis qərargahına aparılıb.

Gün ərzində o, Beer-Şeva məhkəməsinə aparılacaq.

Mənbə: Vesty.co.il

Source link