494cf140-306f-4562-a8aa-e7b3f25b2c68..jpg

HƏMAS Siyasi Bürosunun ilk qadın üzvü İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölüb

Baxış sayı: 751 dəfə baxılıb.

HƏMAS Siyasi Bürosunun ilk qadın üzvü İsrailin Qəzzaya endirdiyi zərbələr
nəticəsində ölüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosuna daxil olan ilk qadın
Cəmilə əş-Şanti Qəzzada həlak olub.

Bu barədə “Arabi-21” informasiya portalı Qəzzadakı mənbələrə istinadən məlumat
yayıb.

Onların sözlərinə görə, Əş-Şanti İsrailin anklav ərazisinə endirdiyi zərbələr
nəticəsində ölüb.

HƏMAS-ın özü hələlik bu məlumatı şərh etməyib.

Hərəkatın qurucularından biri Abdel Əziz Rantisinin arvadı olan Əş-Şanti
ərinin 2004-cü ildə vəfatından sonra siyasi fəaliyyətini davam etdirib.

O, xüsusilə, Qəzzada Qadın İşləri Nazirliyinə rəhbərlik edib və 2021-ci ildə
HƏMAS Siyasi Bürosunun üzvü olub.

Source link