HƏMAS zərbələrin dayandırılması müqabilində girovları azad etməyə hazırdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Qəzza zolağına hava hücumlarını
dayandıracağı təqdirdə girovları azad etməyə potensial olaraq hazırdır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyanat verib.
Onun sözlərinə görə, HƏMAS üzvləri “vətəndaşların və mülki şəxslərin azad
edilməsi üçün lazımi tədbirlər görməyə” hazır olduqlarını bildiriblər. Lakin
qeyd ediblər ki, “belə tədbirlər hazırlıq tələb edir, İsrail ordusunun gündəlik
bombardmanları kontekstində isə bu mümkün deyil”.
Vurğulanır ki, HƏMAS silahlıları bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, İsrail ordusu 155 girovun ailəsinə onların yaxınlarının
Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən əsir götürüldüyü barədə
məlumat verib.
Mənbə: TASS