“Formula 1” üzrə Böyük Britaniya Qran-prisi yekunlaşıb.
“Mercedes”in britaniyalı pilotu Lüis Hemillton “Silverstoun” avtodromunda keçirilən yarışda qələbə qazanıb.
Bu onun sezonda 7-ci, karyerasında isə 80-ci çempionluğudur. Pilot həmçinin doğma məkanda 6-cı qalibiyyətini əldə edib.
Böyük Britaniya Qran-prisində ikinci pilləni Hemilltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü pilləni isə “Ferrari”dən Şarl Lekler tutub.