Hemilton karyerasını başa vurduqdan sonra hansı sahələrdə çalışacağını
açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yeddiqat dünya çempionu Lyuis Hemilton “Formula-1”dən ayrılandan sonra hansı
sahələrdə fəaliyyət göstərmək istədiyi barədə danışıb.
“Racingnews365” nəşri xəbər verir ki, hazırda “Mercedes” komandasında çıxış
edən pilot çox işlərinin olduğunu bildirib.
Britaniyalı sürücü moda dizaynı və film istehsalı sahəsində işləyəcəyini
söyləyib:
“Bundan əlavə, mənim alkoqolsuz tekilam və “Neat Burger”im var. Onları təbliğ
və inkişaf etdirməyə çalışıram. “Plus 44” geyim markası və çox vaxt aparan
“Mission 44” fondum da mövcuddur. Bütün bunlarla necə məşğul ola bilərəm? Mənim
böyük komandam var. Hələ də gördüyüm işi sevirəm və fiziki olaraq özümü əla
hiss edirəm. Düşünürəm ki, mümkün qədər yaxşı çıxış edə bilərəm”.
Qeyd edək ki, Hemilton 2008, 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə
dünya çempionu olub.