Heness Bavariyanın prezidentliyindən getdi – 50 ilin yekunu

Baxış sayı: 1. 921 dəfə baxılıb.

Heness Bavariyanın prezidentliyindən getdi – 50 ilin yekunu

Münhen “Bavariya”sının prezidenti Uli Heness istefa verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Hər kəsə bu klubda keçirdiyim 50 il ərzində göstərilən isti münasibətə və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu, olduqca gözəl dövr idi. Biz uğurla futbol oynadıq, yaxşı iqtisadi bünövrə yaratdıq və fanatların arzuladığı kimi öz stadionumuzu tikdi. Vəssalam”, – deyə Heness bildirib.

Klubun yeni prezidenti “Adidas” konserninin top meneceri Herbert Hayner seçilib.

Xatırladaq ki, Heness 17 yaşında “Bavariya”nın oyunçusu olub. O, Münhen klubunun formasını 1970-1977-ci illərdə geyinib. Futbolçu karyerasını bitirdikdən sonra “Bavariya”nın meneceri olub.