5ac6248d-596c-48d0-b707-43762c04f5eb..jpg

Hepatit A xəstəsi xəstəxanada qızılcaya yoluxub? – TƏBİB-dən AÇIQLAMA

Baxış sayı: 636 dəfə baxılıb.

Hepatit A xəstəsi xəstəxanada qızılcaya yoluxub? – TƏBİB-dən AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin
İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş
olub və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə TƏBİB-dən bildirib.

“05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün
bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub. Qeyd edirik
ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə
korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A
virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və
dəniz suyundan) yoluxma riski daha yüksəkdir.

Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür.
Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada
onun müalicəsinin aparılması təklif olunub”, – açıqlamada deyilir.

Qeyd edək ki, sosial şəbəkə platformalarında şəhid Rahim Tağıyevin övladı
Ülkər Tağızadənin iki həftə əvvəl Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin
infeksion xəstəliklər şöbəsinə yerləşdirilməsi və xəstəxanada qızılcaya
yoluxmasına dair məlumat yayılıb. Bildirilib ki, Ülkər Tağızadə xəstəxanadan
evə buraxıldıqdan sonra qızılca ilə mübarizə aparır və evlərində ağır
əməliyyatdan çıxmış qardaşı olduğu üçün ailə xəstəliklə mübarizə aparmaqda
çətinlik çəkir.

Source link