162d7682-ff5c-478e-bb24-7ce5ed7c8131.webp

“HeritageSG”nin baş direktoru: “Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir”

Baxış sayı: 237 dəfə baxılıb.

“Cənub-Şərqi Asiyada QR-koddan istifadə əhatə dairəsini genişləndirməkdə davam
edir”.

Cixisyolu.com xəbər verir ki, bunu “HeritageSG”nin baş direktoru Conatan Çanq “PAŞA
Holdinq”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində
deyib.

O bildirib ki, artıq insanlar debet və s. müxtəlif kartlardan istifadəyə geniş
yer vermirlər:

“Artıq Cənub-Şərqi Asiyada QR-koddan istifadənin əhatə dairəsi genişlənir.
Əvvəllər müxtəlif ödənişlər üçün fərqli tətbiqlərdən istifadə etməli
oldurdunsa, indi sadəcə QR-kod ilə müxtəlif ödənişləri icra etmək olur. İndi
insanlar müxtəlif debet kartlardan və s. istifadə etmirlər. Bu, artıq keçmişdə
qalıb. Təbii ki, QR-kod ilə ödənişlərin edilməsi üçün Mərkəzi Bankla müxtəlif
razılıq əldə olunmalıdır “.

Aygün Mirakif

Source link