de35f554-e52d-42a7-8453-8252c38c7c41..jpg

Heroinlə tutuldu, əcnəbi narkotacirdən aldığını etiraf etdi

Baxış sayı: 737 dəfə baxılıb.

Heroinlə tutuldu, əcnəbi narkotacirdən aldığını etiraf etdi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi
narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında
keçirilən tədbir zamanı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil
Cabbarlı saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram
olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış
olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan
şəxs barəsində həbs qətimkan tədbiri seçilib. R.Cabbarlının cinayət
əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Source link