İyunun 5-dən 6-na keçən gecə “London Taksi” markalı avtomobildə bıçaqlanma hadisəsi baş verib.
Xəzər RPİ-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, cinayətin qurbanı Xəzər rayon sakini 28 yaşlı Heydərov Kamran Bəhmən oğlu olub.
Yaralı 2 nömrəli Bakı şəhər xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğuna görə hələ dindirilməyib.
Buna baxmayaraq, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 31 yaşlı Bəhruz Dilavər oğlu Həsənovu saxlayıblar.
Bildirilir ki, sürücü ilə sərnişin arasında münaqişə hesabı ödəməmək istəyindən yaranıb.
Faktla bağlı araşdırma aparılır.