9dc3d0e1-3f76-49fc-9c45-cdf6f9a18250..jpg

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı – FOTO/VİDEO

Baxış sayı: 670 dəfə baxılıb.

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına
qayıtdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya B Seriyasının 36-cı turu matçında səfərdə “Bari” ilə (1:1) xalları
bölüşən “Parma” növbəti mövsüm A seriyasında iştirakını vaxtından əvvəl təmin
edib.

Artıq klubun turnir cədvəlində ikincidən aşağı olmayan pillədə qərarlaşacağı
qətiləşib.

Hazırda klub 74 xalla divizionda birinci yerdədir. Komandanı sona iki tur
qalmış üçüncü yerdən yeddi xal ayırır. Mövsümün sonunda iki ən yaxşı komanda
avtomatik olaraq A Seriyasına yüksəlir.

Qeyd edək ki, “Parma” 2020/2021 mövsümündən sonra ilk dəfə A Seriyasında çıxış
edəcək. Onun heyətində vaxtilə Buffon, Krespo, Zola, Dino Baccio, Türam, Veron
və Kannavaro kimi ulduzlar yer alıb.

Mənbə: championat.com


Source link