488422fa-d3fc-4792-910d-c202672cfda7..jpg

Heydər Əliyev Fondundan Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım kampaniyası ilə bağlı AÇIQLAMA – FOTO

Baxış sayı: 749 dəfə baxılıb.

Heydər Əliyev Fondundan Türkiyədə zəlzələdə zərər çəkənlərə yardım kampaniyası
ilə bağlı AÇIQLAMA – FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdə zərər çəkənlərə
yardım kampaniyası davam etdirilir.

Cixisyolu.com xəbər verir ki, iki gündür davam edən yardımtoplama kampaniyasında
könüllülər tərəfindən vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara
yığılması prosesi aparılır.

Qeyd edək ki, burada ikinci əl əşyalar qəbul olunmur. Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin
zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan
vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə başlatdığı
humanitar yardım kampaniyasının 14 fevral tarixinədək hər gün səhər saat
11:00-dan axşam saat 20:00-a qədər davam etməsi nəzərdə tutulub.

Yardım kampaniyasına dəstək göstərmək istəyən şəxslər Bakı İdman Sarayına
(Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert
Kompleksinə (Abbas Səhhət küçəsi 2) gətirə bilərlər.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl
Aypara Cəmiyyətinin sanitar-epidemioloji şərtlərdən irəli gələrək verdiyi rəsmi
açıqlamasına istinadən, virusun yayılma riskini artırdığına görə əhalidən
ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi vətəndaşlara yardım
kampaniyasında fəal iştirakına görə təşəkkür edir və yalnız ilkin tələb olunan
və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini
xahiş edir.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Source link