9873695b-aacc-44d3-964a-5b45798b0f89..jpg

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib – FOTO/VİDEO

Baxış sayı: 740 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti keçirilib –
FOTO/VİDEO

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb. Ötən gün Bakı
Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin “Auditorium” zalında iki
konsert proqramı təqdim olunub.

Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan və
vokalçı Meltem Ege çıxıblar. Onların ifasını klassik musiqi konsertləri ilə
tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə orkestr tamaşaçılarının
qarşısına fərqli ampluada çıxaraq klassika və cazın tandemini təqdim edib.

Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. Dörd il ərzində
İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox
ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli
musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.

Bu gün isə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçusu Alfredo Rodriges
(Kuba-ABŞ) triosu ilə çıxış edəcək. “Qremmi” mükafatı nominantı, məşhur caz
pianoçusu Alfredo Rodriges (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində
cazsevərlər qarşısına çıxacaq.

İyulun 5-i və 7-də isə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları
təqdim olunacaq.

İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi
Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü
bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan
cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin
tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı
bəxş edəcəklər.

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına caz orkestri
vuracaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

“Auditorium” zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və
iTicket.az saytından əldə etmək olar.


Source link