a1232ee7-144d-4ada-a8fb-173b8430af2c..jpg

“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib – FOTO

Baxış sayı: 687 dəfə baxılıb.

“Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı” mövzusunda konfrans keçirilib
– FOTO

Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda veteran
hərəkatı” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, konfransda Prezident Administrasiyasının
Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri
Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov,
Samir Məmmədov, dövlət rəsmiləri və QHT təmsilçiləri, veteranlar və gənclər
iştirak ediblər.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir
dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycan veteranlar
hərəkatının formalaşmasında və inkişafına ümummilli lider Heydər Əliyevin
müstəsna rolu olub:

O vurğulayıb ki, Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə
yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib.

“Ulu öndər veteranlara qayğı göstərməklə yanaşı, onların dövlətçilik mənafeyi,
milli maraqlar kontekstində birləşməsini də zəruri hesab edir, bu istiqamətdə
mütəmadi addımlar atırdı. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, zəngin
və şərəfli həyat yolu keçən veteranlar cəmiyyətin digər təbəqələri, xüsusilə də
yeniyetmə və gənclər üçün nümunə olmalı, gənc nəsillər Vətənə, milli mənəvi
dəyərlərə olan sevgini və bağlılığı veteranlardan öyrənməlidirlər. Bu baxımdan
Heydər Əliyev veteranları cəmiyyətin avanqardı sayır, onların birliyinə,
təşkilatlanmağına xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Azərbaycan veteranlar
hərəkatının formalaşması ulu öndərin adı ilə bağlıdır.

Veteranlarımızın iştirakı ilə keçirilən bu konfrans sübut edir ki,
cəmiyyətimizin bütün təbəqəsi kimi veteranlar da öz qayğıkeş liderlərinin
tarixi xidmətini unutmur, ümummilli lideri hər zaman sevgi və ehtiram hissi ilə
yad edirlər. Və nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev də xalqımızla
birlikdə yaşayacaq, sonsuz sevgi ilə xatırlanacaq”, – Prezident
Administrasiyasının sektor müdiri söyləyib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini,
polkovnik Cəlil Xəlilov məhz ulu öndər Heydər Əliyevin sayəsində veteranlara
dövlət qayğısının yüksək səviyyəyə çatdığını vurğulayıb:

“Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük
şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi
düşüb. Ümummilli liderin Azərbaycan qarşısındakı xidmətlərindən danışarkən onun
ölkədə veteran hərəkatının inkişafına göstərdiyi böyük dəstək də yada düşür. Bu
siyasət sonrakı mərhələdə Prezidentİlham Əliyev tərəfindən uğurla davam
etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb”.

Daha sonra təşkilat sədrləri və veteranlar çıxışlar ediblər. Onlar H.Əliyevin
Azərbaycan dövlətçiliyinin inkişafı, veteranlara diqqət və qayğısı ilə bağlı
fikirlərini bölüşüblər.

Konfransın sonunda xatirə şəkli çəkilib.

Source link