Çoxəsrlik tarixə malik olan Azərbaycan dövlətçiliyi Heydər Əlirza oğlu Əliyevin adı ilə özünün intibah dövrünü yaşadı. Onun 30 ildən artıq əhatə edən siyasi fəaliyyəti dövlətçiliyimizin şanlı səhifəsi kimi tarixdə əbədiləşdi. 1969- cu ilin iyul plenumunda Azərbaycan KP MK- nin birinci katibi seçilən Heydər Əliyev 14 il respublikamıza rəhbərlik etdi.
Azərbaycanın sosial və siyasi həyatında hökm sürən durğunluq aradan qalxdı. Ölkəmiz iqtisadi cəhətdən inkişaf etdi. Əhalinin sosial vəziyyəti yaxşılaşmağa başladı. Respublikaya rəhbərlik etdiyi ilk günlərdən xalqın sabahını düşünən Heydər Əliyev zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdır.
Məhz elə həmin illərdən etibarən milli mənlik şüuru yüksəlmiş, kadr korpusunun milliləşdirilməsi, həmçinin digər sahələrin təkmilləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, xalqın həyat səviyyəsinin yüksəldilməsi üçün bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirilmişdir, Azərbaycan keçmiş Sovetlər birliyinin ən qabaqcıl respublikalarına daxil olmuşdur.
Hələ o zamandan müstəqillik ideyalarını özünə əsas məqsəd seçmiş dahi Heydər Əliyev totalitar rejimin sərt təyziqlərinə baxmayaraq ən qlobal problemləri belə məharətlə həll edərək ölkəmizin siyasi və iqtisadi müstəqilliyi üçün mühüm şərait yaratmağa müvəffəq olmuşdur.
Azərbaycan xalqının müstəqilliyi yolunda qarşılaşacağı çətinlikləri özünəməxsus intiusiya ilə görüb hiss edən Ümumilli liderimiz ölkəmizin strateji maraqları naminə addımlar ataraq milli dövlətçilik ənənələrimizi zənginləşdirmişdir.
1982- ci ildən Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev bir müddət Moskvada fəaliyyət göstərdikdən sonra bu rejimin qüsur və nöqsanlarını aşkara çıxarır. Sovet imperiyasının hegemonluq etdiyi bir dövrdə 1987- ci ildən Sovet İttifaqı KP MK Siyasi Bürosunun və xüsusən Baş katib M.Qarbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verdi. İrticaçı rejimin hökmranlıq etdiyi bir dövrdə belə həlledici bir addım atmağa məhz Heydər Əliyev qüdrəti qadir idi. Heç bir hədədən,təhlükədən və terrordan qorxmadan, çekinmədən haqqı,ədaləti bəyan etməyə onun qüdrəti çatardı. O,təkcə dövlətçiliyimizi inkişaf etdirmək və möhkəmləndirməklə deyil, həm də ən ali keyfiyyətlər ilə də hər birimiz üçün örnəkdir. İkinci dəfə Azərbaycanın hakimiyətinə qayıdan Heydər Əliyev bu keyfiyyətlərini dəfələrlə sübut etdi. Bizlərə torpağa, xalqa bağlı olmağı,onun var olması, parlaq gələcəyi naminə mübarizə aparmağı öyrətdi.
15 iyun 1993 -ci il Onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır. Vətənin dar günündə xalqın təkidi və tələbi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını yerinə yetirdi. Böyük öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycanın çoxminillik tarixində qızıl həriflərlə yazıldı. Azərbaycanın müstəqilliyinə düşmən kəsilmiş xəyanətkarlar bir neçə dəfə dövlət çevirilişi etmək cəhdləri təşkil edərək ölkədə hakimiyyəti dəyişmək, öz cinayətkar ,xalqın mənafeyinə zidd niyyətlərini həyata keçirtmək istəsələr də, buna nail ola bilmədilər. Heydər Əliyev xalq birliyi, Heydər Əliyevə qarşı olan tükənməz xalq məhəbbəti və inamı qarşısında məğlubiyyətə düçar oldular. Həyatı hər an təklükə altında olsa da, o, özü meydana çıxaraq xalqı xəyanətkarlara qarşı kəskin mübarizəyə qaldırdı və bu mübarizədə qalib gələrək müstəqil dövlətmizin möhkəm əllərdə olduğunu bir daha sübut etdi. Ulu öndərin şərəfli xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı Azərbaycanı zamanın ağır və sərt sınaqlarından məharətlə çıxarmağı bacarmışdır. Bütün mənalı həyatını öz xalqına həsr etmiş dahi şəxsiyyətin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ necə nəsli bu böyük məktəbdən Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacaqdır. Onun ideyaları, prinsipləri həyat təcrübəsi zamanı qalib gələrək həmişə yaşayacaqdır. Nə qədər ki, müstəqil Azərbaycan dövləti, bu dövlət və milləti uğrunda çətinliklərə sinə gərməyi bacaran vətən oğulları var, Heydər Əlirza oğlu Əliyev yaşayacaq. Çünki o , XX və XXI əvəzolunmaz lideri fenomen şəxsiyyəti idi. Bu gün xalqımız möhtərəm prezidentimiz cənab İlham Əliyevə Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi böyük inam bəsləyir. Biz hamımız respublikamızın və xalqımızın xoşbəxt gələcəyinə inanırıq. Çünki hər bir azərbaycanlının qəlbində əbədi yer tutmuş Heydər Əliyev daim bu amal uğrunda mübarizə apararaq bu arzu ilə yaşamışdır. Onun amalı və müstəqil Azərbaycan yaratmaq ideyaları bu gen dördüncü dəfə respublika rəhbəri seçilən cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Anadan olmasının 95 illiyin qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində nəsilbə-nəsil əbədi yaşayacaqdır.
Əvəz Qocayev AAYDA- nin idarə Heyətinin sədr müavini