1fa8bdcc-79ab-4bdd-a74c-b7e17dc00221..jpg

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri keçiriləcək – FOTO

Baxış sayı: 673 dəfə baxılıb.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol
Turniri keçiriləcək – FOTO

Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq
Minifutbol Turniri keçiriləcək.

Bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat verib.

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirlə
bağlı aprelin 7-də püşkatma mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan
Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov ölkəmizdə idmanın
inkişafına göstərilən diqqət və qayğı, Azərbaycanın bir sıra beynəlxalq idman
yarışlarına ev sahibliyi etməsi, eləcə də ölkəmizdə minifutbolun inkişafı və
Beynəlxalq Minifutbol Turniri barədə fikirlərini bölüşüb, yarışda iştirak
edəcək komandalara uğurlar arzu ediblər.

Həmçinin tədbirdə ümummilli lider Heydər Əliyevin idmana diqqət və qayğısından
bəhs edən film nümayiş olunub.

Sonra turnirin püşkatması keçirilib. Gənclər və idman naziri Fərid Qayıbov,
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Milli
Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və AFFA-nın baş katibi Sərxan
Hacıyev püşkatmada iştirak ediblər.

Turnir 1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcək. Yarışda
Azərbaycan, Türkiyə, Qazaxıstan, Ukrayna, Serbiya, Gürcüstan, Çexiya, İtaliya,
Fransa və Cənubi Afrika Respublikasından 10 komanda mübarizə aparacaq. Turnirdə
ölkəmizi minifutbol üzrə Azərbaycan millisi təmsil edəcəkdir.

Source link