Heydər Əliyevin yubileyini əsgərlərlə birgə qeyd etdilər – FOTO

Heydər Əliyevin yubileyini əsgərlərlə birgə qeyd etdilər – FOTO

Baxış sayı: 2. 870 dəfə baxılıb.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilən konsert proqramı keçirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, “Lider” TV-nin “7 Gün” verilişinin layihə rəhbəri və aparıcısı Arzu Həmzəyevanın təşkilatçılığı ilə baş tutan konsert proqramı Yevlaxda, N saylı hərbi hissədə əsgərlər üçün təşkil edilib. 

Arzu Həmzəyeva və Könül Muxtarovanın aparıcılıq etdiyi konsert proqramı Azərbaycan Respublikasının Himni ilə başlayıb.

Konsertdə bir çox məşhurlar iştirak edib. 

Xalq artisti Ağadadaş Ağayev, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Şəbnəm Qəhrəmanova, Ruzigar, Elçin, Tərlan Novxanı, Mehdi Masallı, Rəşad İlqaroğlu və Rəhman ailəsinin kiçik nümayəndəsi olan Nuray çıxış edib. Onlar öz mahnıları ilə əsgərlər üçün yaddaqalan anlara imza atıblar. 

.
www.ÇıxışYolu.Com