“Heydər Əliyev adına türk dilləri və mədəniyyətləri mərkəzi”nin açılışı olub –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 14-də Rusiya Federasiyasının Voronej şəhərində Voronej Dövlət
Universitetinin təşkilatçılığı ilə “Dəyişən dünyada mədəniyyətlər dialoqu”
mövzusunda beynəlxalq konfans keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Konfrans ərəfəsində Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində
Voronej Dövlət Universitetində “Heydər Əliyev adına türk dilləri və
mədəniyyətləri mərkəzi”nin açılışı olub.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və
səlahiyyətli səfiri Polad Bülbüloğlu, Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə
nümayəndə heyəti, Azərbaycan Dillər Universitetinin professorları, Voronej
Dövlət Universitetinin məzunları iştirak ediblər. Konfransda həmçinin Dövlət
Gömrük Komitəsinin Akademiyası da təmsil olunub.
Qeyd edək ki, yaradılan mərkəz türk dilləri və mədəniyyətinin öyrənilməsi
istiqamətində fəaliyyət göstərəcək, xalqlar arasında mədəni əlaqələrin, dostluq
münasibətlərinin güclənməsinə töhfə verəcək.
Tədbirdə çıxış edənlər iki ölkə arasında uzunmüddətli dostluq münasibətlərinin
qurulduğunu vurğulayıb, mərkəzin açılışını mühüm hadisə kimi qiymətləndiriblər.
O da qeyd olunub ki, təhsilə, bilikli və peşəkar kadrların hazırlanmasına
xüsusu diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən proqramlar çərçivəsində minlərlə azərbaycanlı gənc keçmiş ittifaqın
müxtəlif respublikalarının mötəbər ali təhsil müəssisələrində, o cümlədən
Voronej Dövlət Universitetində təhsil alıb. Məhz buna görə də Voronej Dövlət
Universitetinin bitirən və Azərbaycanda fəaliyyət göstərən tələbələr də qonaq
qismində tədbirə dəvət olunub.
“Dəyişən dünyada mədəniyyətlər dialoqu” konfransında Azərbaycan və Rusiyadan
olan elm adamları, ictimai xadimlər tərəfindən ümummilli lider Heydər Əliyevin
multikulturalizm siyasəti, dövlət quruculuğundakı müstəsna rolu, qonşu
ölkələrlə iqtisadi və dostluq münasibətlərinin qurulması, təhsil sisteminin
formalaşdırılmasındakı əvəzsiz xidmətləri, eyni zamanda Prezidentİlham Əliyevin
rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə məlumat
verilib.
Azərbaycan nümayəndə heyəti tərəfindən mərkəzə dahi şəxsiyyət Heydər Əliyevin
həyatına və dövlətçilik irsinə, həmçinin Azərbaycanın tarixi və mədəniyyətinə
dair resurslar hədiyyə olunub.