5ba59176-4a63-45f3-a45b-277ccd849855.jpg

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb

Baxış sayı: 34 dəfə baxılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir
vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, mərhum
çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.

Cixisyolu.com xəbər verir ki, söhbət zamanı ümummilli lider Heydər Əliyevlə Xanış
Şahıyev arasındakı səmimi dostluq, Prezidentİlham Əliyevlə olan görüşlər
xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif
görüşlərdən xatirələr olan fotoalboma baxılıb.

Görüşdə ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri də xatırlanıb.

Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən
müharibəsi zamanı şəhid olub. Onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə
Birinci Qarabağ müharibəsində şəhid olublar.


Source link