a6d2218a-30ff-4b5a-9e1b-1ea072a82a4c..jpg

“Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib – FOTO

Baxış sayı: 390 dəfə baxılıb.

“Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa
Rayon Uşaq və Gənclər İdman Məktəbi və Azərbaycan Cüdo Federasiyasının birgə
təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik keçirilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq
Mərkəzində təşkil olunan turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi,
habelə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü və suverenliyi
uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə öz işində başlayıb.

Şuşa Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov və Şuşa Rayon Uşaq
Gənclər İdman Məktəbinin direktoru Rüstəm Alimli çıxışlarında bildiriblər ki,
yarışın keçirilməsində əsas məqsəd oğlanlar və qızlar arasında cüdonun inkişaf
etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsini artırmaq və vətənpərvərlik
ruhunun təbliğidir.

Yeniyetmə oğlan və qızlar arasında keçirilən birincilikdə 40-dan çox komanda
mübarizə aparıb. Bu komandaların arasında Qazağıstan və Almaniyadan gələn
idmançılar da iştirak edib.

Turnirin sonunda komandalar arasında medal sayına görə “Şuşa” UGİM birinci
yerə layiq görülüb. “UGİM-13” komandası ikinci, “Hədəf “ komandası isə üçüncü
yerin sahibi olub.

Source link