bd2df5c5-2e0c-482b-9bc2-177b44fba48b..jpg

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir – FOTO

Baxış sayı: 454 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş
Assambleyasının illik yekun iclası keçirilir.

İclasda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem,
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digərləri
çıxış ediblər.

Qonaqları salamlayan Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma
mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin
məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına,
Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və
əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

“Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində
yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları,
klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər və digər layihələr
həyata keçirir”, – deyən Anar Ələkbərov ölkəmizin 2016-cı ildən etibarən
Formula-1 yarışlarıma ev sahibliyi etdiyini xatırladıb. Bakı şəhərinin gözəl
küçələrində Formula-1 yarışının uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə
görə FIA-ya təşəkkürünü çatdırıb. O cümlədən Bakıda FIA həftəsinin uğurla
keçməsi və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA
əməkdaşlarına və könüllülərə minnətdarlıq çatdırılıb.

Source link