30c5e41c-8864-486b-bcd4-a5ef412e9616..jpg

Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib – FOTO

Baxış sayı: 560 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində Yaponiyanın Hoşo Teatr Məktəbinin “Noh Opera”sı
səhnələşdirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzində Yaponiyanın ənənəvi dram teatr sənəti olan “No” üzrə
ixtisaslaşan Hoşo Teatr Məktəbinin “Noh Opera”sı səhnələşdirilib.

Tamaşanı rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri izləyiblər.

Üç hissədən ibarət “Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiətilə
“Raku” rəqsi ifa olunub, sağlam və xoşbəxt həyat tərzindən, “ilahi qılınc” olan
katananın düzəldilməsindən bəhs edilib. Səhnədə odlar yurdu Azərbaycan və şam
ağacı ölkəsi olan Yaponiyanın dostluğu müvafiq simvollarla təcəssüm etdirilib.

Yapon incəsənət ustalarının çıxışları Azərbaycan tamaşaçıları tərəfindən
maraqla qarşılanıb.

Tədbirdə jurnalistlərə açıqlama verən teatr rəhbəri Kazufusa Houşo bildirib
ki, 650 ildən çoxdur ənənəvi yapon teatrı fəaliyyət göstərir:

“Belə bir teatrı Azərbaycanda nümayiş etdirməkdən sevinc duyuram. Buraya ilk
dəfə gəlsəm də, müşahidələrim belədir ki, Azərbaycanla Yaponiya arasında ciddi
oxşarlıqlar var, düşünürəm ki, bu İpək Yolu ilə bağlıdır. Azərbaycana Odlar
yurdu deyirlər, bunu, eyni zamanda, yaponlara da aid etmək olar”.

Qeyd edək ki, “No” teatrı 7 əsrdən bəri Yaponiyada nəsildən-nəslə, valideyndən
övlada, ustadan şagirdə ötürülən nadir incəsənət növlərindən hesab olunur. “No”
orta əsrlərdə Yaponiyada təbii fəlakətlərin qarşısının alınması üçün insanların
fövqəltəbii qüvvələrə duaları və dini ritualları zəminində formalaşıb. Həmçinin
müxtəlif mədəniyyətlər İpək Yolu vasitəsilə bu qədim incəsənət növünün
yaranmasına təsir göstərib.

🇦🇿🇯🇵 Heydər Əliyev Mərkəzində (@HA_Center
) #Yaponiya
-nın Hoşo
Teatr Məktəbinin (@hoshokai159
) repertuarında qədim və
zəngin yapon incəsənətini təcəssüm etdirən “Noh opera” tamaşası təqdim edildi.
Yüksək sənətkarlıqla oynanılan tamaşanı həmkarlarla birlikdə zövqlə seyr etdik.…
pic.twitter.com/CSEYA64NLI
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 1, 2024

Daha çox foto burada: PhotoStock.az

Source link