f8c725a0-9ced-49a0-9fa0-d5f10fbac32d..jpg

Heydər Əliyev Mərkəzində Yaponiyanın qədim incəsənət nümunəsi olan “Noh Opera” səhnələşdiriləcək

Baxış sayı: 489 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində Yaponiyanın qədim incəsənət nümunəsi olan “Noh Opera”
səhnələşdiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzində Yaponiyanın 700 il tarixi olan “No” teatrı üzrə
ixtisaslaşan Hoşo Teatr Məktəbi tərəfindən “Noh Opera” tamaşası təqdim ediləcək.

Cixisyolu.com xəbər verir ki, İpək Yolu vasitəsilə mədəniyyətlərin qarşılıqlı təsiri
sayəsində formalaşan “No” qeyri-adi sənət növü kimi populyardır və bütün
dünyada ifa edilir. Bu teatr hazırda dünyanın ənənəvi və qədim mədəniyyətlərinə
bağlı olan yeganə incəsənət növü hesab olunur və YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilib. “No” incəsənət növü insanlara mənəvi rahatlığı,
sağlam və xoşbəxt həyat tərzini təlqin edir.

“Noh Opera”da müxtəlif musiqi alətlərinin müşayiəti ilə rəqs ifa olunacaq,
həmçinin xoşbəxtlik ilahəsinə dualar oxunması ilə əsl xoşbəxtliyin sirrinin
açılmasından, “ilahi qılınc” olan katananın düzəldilməsindən bəhs ediləcək.
Ənənəvi nağıllar əsasında qurulan tamaşada alov atributu Yaponiya və
Azərbaycanın dostluğunu simvolizə edir.

Source link