3bcd7dcc-ee8e-4609-afc1-0565abd7f3e8.jpg

Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Baxış sayı: 32 dəfə baxılıb.

Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari
yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, prospektdə “Toyota Prado” və “Mercedes” markalı
avtomobillər toqquşub.

Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də
zərər dəyib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Source link