973539aa-94f6-4159-86e2-b64cd913e8a5.jpg

Heydər Əliyev prospektində zəncirvari qəza: Avtomobillərə ciddi ziyan dəydi

Baxış sayı: 33 dəfə baxılıb.

“Bu gün saat 08:27-də paytaxtın Heydər Əliyev prospektində zəncirvari
yol-nəqliyyat hadisəsi qeydə alınıb”.

Bunu Cixisyolu.com-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ)
baş inspektoru, polis baş leytenantıRüstəm Əhmədli deyib.

“Baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 10-HO-033 dövlət
nömrə nişanlı “Lexus”, 90-RZ-626 dövlət nömrə nişanlı “Toyota Prado”, 99-TY-590
dövlət nömrə nişanlı “Ford Tranzit”, 77-CH-735 dövlət nömrə nişanlı “Toyota
Prius”, 77-BF-279 dövlət nömrə nişanlı “Hyundai Accent” və üstündə xarici BY
279 YB nömrə nişanı olan “Mercedes-Benz” markalı avtomobillər toqquşub.
Avtomobillərə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı BŞDYPİ-də araşdırma aparılır”,
– deyə R.Əhmədli bildirib.

Əzizə İsmayılova

11:42

Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari
yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, prospektdə “Toyota Prado” və “Mercedes” markalı
avtomobillər toqquşub.

Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də
zərər dəyib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Source link