ef1c0d29-8501-41e2-b2d7-b9eaade85304..jpg

Heydər Əliyev Sarayına yeni direktor təyin olunub

Baxış sayı: 495 dəfə baxılıb.

Heydər Əliyev Sarayına yeni direktor təyin olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

Cixisyolu.com-ın məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq
əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin
edilib.

İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki
Universitetini bitirib. 1992-96-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun
(ŞHK) üzvü olub. 1994-95-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında
qalib adını qazanıb.

İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency)
layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən
etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert
proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Source link