Heydər Əliyev Sarayında yeni TƏYİNAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Sarayında yeni təyinat olub.
Cixisyolu.com-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə
əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini
təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev
Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə, 2023-cü
ilin noyabrında təyin olunub.