Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş çempionatına yekun
vuruldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
22-24 notyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin
İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında ulu
öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat
keçirilib.
Cixisyolu.com xəbər verir ki, idman-sağlamlıq klubunun arenasında keçirilən
çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 15 komandadan 100-ə yaxın
əməkdaş iştirak edib.
Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib,
ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra qalib komandaları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi
polkovnik Füzuli Musayev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı
həyat yoluna tarixi-xronoloji nəzər salıb, dahi rəhbərin xalqımızın
ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatının bütün sahələrində qazanılan
nailiyyətlərdə misilsiz xidmətlərindən bəhs edib.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş Komandanİlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün
respublikamızın idman ölkəsinə çevrildiyini, dünya idman arenalarında
respublikamızı layiqincə təmsil edən idmançıların yetişdiyini iftixar hissilə
dilə gətirən F.Musayev çıxışında FHN əməkdaşlarının idman uğurlarından da
danışıb.
Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə
keçirilən yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər
idarə edib.
Gərgin idman şəraitində keçən çempionatda medal qazanan idmançıların
siyahısını təqdim edirik:
57 kq çəkidə
I yer – Rəşid Sadıqov (XRXX)
II yer – Emin Qurbanov (MMQ)
III yer – Seyid Günəşli (MMQ)
61 kq çəkidə
I yer – Həsən Seyidov (DYMX)
II yer – Rəşid Rüstəmli (XRXX)
III yer – Mir Eltun Seyidli (DYMX)
III yer – İzzət Rüstəmli (Akademiya)
65 kq çəkidə
I yer – Cəlal Süleymanov (XRXX)
II yer – Murad Babayev (CRM)
III yer – Yusif Süleymanov (Akademiya)
III yer – Tural Nəbiyev (DYMX)
70 kq çəkidə
I yer – Namiq Sevdimov (İSK)
II yer – Mahir Mahmudov (MMQ)
III yer – Elxan Nəbiyev (DYMX)
III yer – Samir Nağızadə (MRM)
74 kq çəkidə
I yer – Asif Nariyev (DYMX)
II yer – Beyrək Əlizadə (CRM)
III yer – Seymur Məmmədov (XRXX)
III yer – Toğrul Sabirzadə (XRXX)
86 kq çəkidə
I yer – Elmir Qəmbərov (İSK)
II yer – Fariz Məmmədov (XRXX)
III yer – Zəka Mansurov (Akademiya)
III yer – Fariz Məmmədov (DYMX)
97 kq çəkidə
I yer – Elman Qasımov (DYMX)
II yer – Hüseyn Balabəyov (DYMX)
III yer – Ramil Əsədov (MMQ)
125 kq çəkidə
I yer – Camal Abdulov (SRM)
II yer – Ruhi İsgəndərov (DYMX)
III yer – Samir Huseynov (DYMX)
III yer – Ədalət Məmmədov (MMQ)
Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Dövlət Yanğından
Mühafizə Xidmətinin komandası, 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin
komandası və 3-cü yerə isə İdman-sağlamlıq klubunun komandası sahib olub.
Çempionatın keçirilməsində obyekti hakimlik xidmətlərinə və göstərdikləri
köməkliyə görə Azərbaycan Güləş Federasiyasının hakimlər komitəsi və FHN-in
Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.