854f5574-7126-4e17-900a-d31737bf427c.jpg

Heydər Əsədov seçicilərin bir sıra problemlərini həll etdi

Baxış sayı: 250 dəfə baxılıb.

Oktyabrın 11-də Milli Məclisin deputatı Heydər Əsədov Şirvan şəhərinin bir
sıra məhəllələrində vətəndaşlarla görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, deputat görüş zamanı vətəndaşların arzu, istək və
təkliflərini dinləyib.

Millət vəkili şəxsi təşəbbüsü ilə inşa edilmiş söhbətgahın açılışında iştirak
edib. Həmçinin, əhalinin istəyi ilə mərasim evi üçün lazım olan əşyalar alınıb.

Səfər çərçivəsində millət vəkili bir neçə şəhid ailəsini ziyarət edərək,
onların qayğıları ilə maraqlanıb. Bir sıra tələbələrin təhsil xərclərinin
ödənilməsini təmin edib.

Deputat bəzi problemlərin, xüsusilə də məişət xarakterli məsələlərin həlli
üçün şəxsi dəstəyini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Daha sonra millət vəkili YAP-ın Şirvan şəhər təşkilatının inzibati binasında
Rayon İcra Hakimiyyəti başçısı müavininin iştirakı ilə vətəndaş qəbulu keçirib.

Qəbul zamanı millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini
dinləyərək, onları narahat edən müxtəlif xarakterli məsələlərlə tanış olub.
Onların diqqətlə araşdırılacağını, həlli yollarının tapılması üçün nəzarətdə
saxlanılacağını, həmçinin problemlərin aidiyyəti qurumlara çatdırılacağını
vurğulayıb. Görüş çərçivəsində, həmçinin bir sıra aztəminatlı ailələrin sosial
problemlərinin həlli üçün maddi yardımlar edilib.

Source link