c5546808-9a78-4054-916d-6cf0981cee3d.jpg

Heydər Məmmədov: “Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir”

Baxış sayı: 154 dəfə baxılıb.

“Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir”.

Cixisyolu.com xəbər verir ki, bunu baş prokurorun müavini Heydər Məmmədov
prokurorluğa işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi zamanı
jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin sayəsində, Baş prokuror
Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında müasir məzmunlu islahat
tədbirləri intensiv surətdə davam edir:

“İslahatlar müxtəlifdir, çoxşaxəlidir və prokurorluğun bütün fəaliyyət
istiqamətlərini əhatə edir. İstintaqın keyfiyyətinin artırılması, həm
prosessual nəzarətin, həm dövlət ittihamının müdafiəsinin gücləndirilməsi,
digər tərəfdən innovativ yeniliklər, gənclərin şəffaf prosedurlara əsaslanan
müsabiqələr yolu ilə kadr korpusunun gücləndirilməsi – bütün bu faktorlar
gənclərdə ruh yüksəkliyi yaradır. Ona görə də, gənclər məhkəmə-hüquq sisteminin
aparıcı qüvvəsi olan prokurorluqda işləmək arzusundadır. Təsadüfi deyil ki, bu
gün ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq
istəyir”.

Source link