Heyli: ABŞ Suriyaya zərbələr endirməyə hazırdır

Heyli: ABŞ Suriyaya zərbələr endirməyə hazırdır

Baxış sayı: 2. 540 dəfə baxılıb.

BMT Şərqi Qutada atəşkəsə nail olmaqda aciz olsa,  ABŞ Suriyaya yenidən zərbələr endirməyə hazırdır.

ÇıxışYolu.Com “TASS”-a istinadən  xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi  Nikki Heyli BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışında bildirib.  

Bundan əvvəl ABŞ, Dəməşq və onun şəhərkənarında hərbi əməliyyatların dərhal dayandırılması tələbi ilə qətnamə layihəsi hazırlayaraq şuraya təqdim edib.

Heyli 2017-ci ilin aprel ayında ABŞ-ın Suriya hökumət qüvvələrinə aid aviabazaya zərbələr endirdiyini xatırladıb. 

Onun sözlərinə görə, bir sıra Qərb dövlətləri təsdiq edib ki, həmin bazadan  Xan-Şeyxun şəhərinə kimyəvi hücum həyata keçirən Suriya təyyarələri qalxırdı.

“Təhlükəsizlik Şurası heç bir tədbir görə bilmədi və ABŞ Suriyanın aviabazasına zərbələr endirməli oldu, o baza ki,  Əsəd rejimi oradan kimyəvi hücumlar həyata keçirirdi.” deyə Amerikalı diplomat bildirib.

Heylinin sözlərinə görə, ABŞ  lazım gələrsə  hər an hərəkətə keçməyə hazırdır.

“Biz bu yola üstünlük vermirik, ancaq əvvəllər də əyani şəkildə göstərmişik ki, lazım gəlsə bu seçimi edəcəyik. Bu yolu yenə də seçməyə hazırıq” deyə daimi nümayəndə bildirib.

F.M
www.ÇıxışYolu.Com