Heyli Biber yaylığına görə “nənələri təhqir etməkdə” günahlandırılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Model və iş qadını Heyli Biber hazırda Kaliforniyada keçirilən illik
“Coachella” musiqi festivalına qatılıb.
27 yaşlı Heyli Biber qeyri-adi şəkildə ictimaiyyət qarşısına çıxıb. İş qadını
ağ-göy rəngli pencək, qara enli şalvar, ağ köynək, boz idman ayaqqabısı geyinib
və başına qırmızı papaq qoyaraq üstündən bəbir təsvirli yaylıq geyinib. Model
saçlarını at quyruğu formasında yığıb və yüngül makiyaj edib.
Məşhur model dostları və əri Castin Biberlə vaxt keçirib. Onun fotoları sosial
şəbəkələrdə yayılıb.
İzləyicilər isə şərhlərdə “Təsəvvür edirəm, indi stilisti oturub evdə, onu ələ
salır”, “Arvadımın evdən belə çıxmasını təsəvvür edə bilmirəm”, “Heyli qulaq
əməliyyatını gizlədir, ya da buna bənzər nə isə”, “O, gülünc görünür”, “Mən
bunu nənələrimizə qarşı təhqir kimi qəbul edirəm, amma onlar yaylıq bağlamağı
bilirdilər, amma bu ona heç yaraşmır”, “Dəliyə oxşayır” kimi fikirlər yazıblar.
Mənbə: Gazeta.ru