8bf12a66-aec3-404c-acd9-3acd671ecdd8..jpg

Heyvanlarını axtarmağa gedən gənc oğlan minaya düşdü – YENİLƏNİB

Baxış sayı: 600 dəfə baxılıb.

Heyvanlarını axtarmağa gedən gənc oğlan minaya düşdü – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin
yaxınlığında kənd sakininin fərdi təsərrüfatına aid heyvanlarını axtararkən baş
verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
bildirilib.

07:28

Noyabrın 3-ü saat 1 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində
mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ
ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti
orta ağırdır, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri
prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Source link